Bakıda pravoslav xristianlar Pasxanı qeyd ediblər - Fotolar
Aprelin 27-dən 28-nə keçən gecə Bakıdakı Müqəddəslər Jen-Mironosets Kafedral kilsəsində pravoslav xristianlar mübarək Pasxanı qeyd ediblər.
“Azeripress” “Azərtac”a istinadən xəbər verir ki, pravoslav xristianlar kilsədə bayram ayinini yerinə yetiriblər. Onlar müqəddəs moizələrə qulaq asıb, şam yandırıblar.
Pasxa xristianların ən qədim, mühüm və əziz bayramlarından biridir. Pravoslav təqviminə görə, Müqəddəs Pasxa günü – İsa Məsihin dirilməsi bayramı bu il aprelin 28-nə təsadüf edir. Ənənəyə görə, cümə axşamı səhərdən başlayaraq şirin kökələr bişirilir, axşam Pasxaya hazırlıq görülür, şənbə günü onları kilsəyə aparır, şənbədən bazar gününə keçən gecə isə xristian dini məbədlərində Pasxanın başlanmasını və Məsihin Dirilməsi bayramını bildirən ibadət keçirilir.
Məsihin Dirilməsi münasibətilə Pasxa süfrəsi ətrafına toplaşan pravoslav xristianlar bir-birini boyanmış yumurtalar və şirin kökələrə qonaq edir, “Məsih dirilib!” sözləri ilə salamlayırlar.
-
“Qadınlar yaşlandıqca daha seksual olurlar” - Fotolar
...
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...
-
Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
...
-
İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
...
-
Özbək aktyorları tamaşaçılarımızın qəlbini fəth etdi - FOTOLAR
...