Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd edilib - Foto

14:00 29-04-2019 | icon 3068
Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd edilib - Foto

Aprelin 26-da 5 saylı Şəhər Kliniki Xəstəxanasında görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd edilib.

Tədbirdə YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, rayonun səhiyyə müəssisələrinin rəhbərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan xəstəxananın baş həkimi Fazil Məmmədov Zərifə xanımın səhiyyə sahəsində nailiyyətləri, tibb elminin inkişafında göstərdiyi xidmətləri barədə geniş məlumat verib.

 

Tədbirdə xəstəxananın nevropatoloq-həkimi Nəzakət Süleymanova, həkim-endoskopist İradə Sadıxova, qəbul şöbəsinin müdiri Ağca Babayeva, həkim-kordioloq Nurəddin Əhədov çıxış ediblər.

Sonda Zərifə Əliyevanın ömrünü əks etdirən video film nümayiş olunub.

 


 

Digər xəbərlər

0.30061388015747