Bakıya gələcək turistləri “Xaliq Faiqoğlu”nun avtobusları qarşılayacaq
“Xaliq Faiqoğlu” MMC və “Silk Way Aviaşirkəti” MMC-nin “GHC” filialı arasında 29.05.2019-cu il tarixində UEFA Avropa Liqasının keçiriləcək final oyunu ilə əlaqədar ölkəmizə gələcək olan qonaqların rahat və təhlükəsiz daşınması ilə əlaqədar razılaşma əldə edilib.
Şirkətin mətbuat xidmətindən daxil olan məlumata görə, razılaşmaya əsasən final oyunu ərəfəsində - 3 gün ərzində ölkəmizə gələcək qonaqların, həmçinin turistlərin Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində daşınması şirkətimizə məxsus olan və müasir AVRO-5 ekoloji standartlarına cavab verən avtobuslarla həyata keçiriləcək. Belə ki, aeroportda təyyarələrdən enən sərnişinlərin qarşılanaraq terminallara çatdırılması və terminaldan təyyarələrə daşınması prosesinin həyata keçirilməsi məqsədi ilə müasir tələblərə cavab verən 40 ədəd avtobus və 110 nəfərlik işçi heyəti aeroport ərazisində xidmət göstərəcəkdir. Layihə çərçivəsində şirkətimizin nümunəvi sürücü heyyətindən bir qrupu və müasir avtobuslar hava limanında təlimlərə cəlb edilib.
İctimai nəqliyyat sahəsində 15 illik təcrübəyə malik olan “Xaliq Faiqoğlu" MMC I Avropa Oyunları, İslam Həmrəylik oyunları və s. beynəlxalq tədbirlərdə yüksək səviyyədə iştirak edib.
-
“Yelo Bank” birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
...
-
Neftimizin qiyməti 92 dollara düşdü
...
-
Azərbaycanın ticarət etdiyi ölkələrin - Siyahısı
...
-
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
...
-
Nar-dan xüsusi təklif - 10%-dək endirimlə smartfon!
...
-
Azərbaycanda orta aylıq əməkhaqqı 950 manata çatır
...
-
“E-taksi” sistemi yaradıldı - Bu sürücülər cərimələnəcək
...
-
“Yelo kartlar”ı ilə ölkədaxili bütün kartlara pulsuz köçürmələr
...
-
Taksi fəaliyyəti üçün rüsumlar - Açıqlandı
...
-
“Azeri Light” bu gün neçəyə satılır?
...