Mədətovlar ailəsi dağıldı - Mahir atasının soyadından imtina etdi

17:48 30-04-2019 | icon 2650
Mədətovlar ailəsi dağıldı - Mahir atasının soyadından imtina etdi

Şou-biznesin məşhur cütlüyü prodüser Anar və Elnurə Mədətovlar ayrılıb. 

Bir müddətdir ayrı yaşayan cütlük boşanma ərizəsini məhkəməyə təqdim edib. Maraqlı məqam isə odur ki, Anar hələ rəsmi boşanma olmamışdan əvvəl evlənməyə hazırlaşır. 

A.Mədətov uzun müddətdir Samirə adlı xanımla sevgilidir. Prodüser vizajist sevgilisi ilə münasibətini rəsmiləşdirmək niyyətindədir. Hətta ötən gün onların xına mərasimi də baş tutub. 

 

Valideynlərinin ayrılması övladlarını da sarsıdıb. Keçmiş cütlüyün Azərbaycan millisinin və "Qarabağ"ın şərəfini qoruyan, ölkənin ən adlı-sanlı futbolçularından biri Mahir Mədətov buna görə atası ilə əlaqələrini kəsib. O, hətta boşanma məsələsindən sonra atasının soyadından imtina edərək anasının qızlıq soyadına keçmək istəyir.

Qeyd edək ki, Elnurə Mədətova da əvvəl prodüser kimi fəaliyyət göstərirdi. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir.

 




 

Digər xəbərlər

0.24145412445068