“Qəbələ” “Qarabağ”a, “Zirə” “Sumqayıt”a qarşı
Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək. Hər iki həlledici oyun eyni gündə baş tutacaq.
Yarımfinal mərhələsinin ilk cavab matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Mərkəzi arenada “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Qəbələlilər ilk oyunda minimal hesabla qalib gəliblər.
Digər yarımfinal matçı isə Zirədə baş tutacaq. Burada qəsəbənin eyni adlı təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından meydan sahibləri nisbətən üstün durumdadılar.
Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
1 may
“Qarabağ” - “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. 17:00.
İlk oyun - 0:1
“Zirə” - “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Zirə İdman Kompleksinin stadionu. 20:00.
İlk oyun - 0:0
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...