“Jara”da bu dəfə Zülfiyyə var, Aygün yoxdur

10:30 02-05-2019 | icon 2058
“Jara”da bu dəfə Zülfiyyə var, Aygün yoxdur

Bir neçə ay sonra “Jara-2019” Beynəlxalq Musiqi Festivalı start götürəcək. “Qafqazinfo” xəbər verir ki, iyulda start götürən musiqili gecədə çıxış edən azərbaycanlı məşhurların adları açıqlanmağa başlayıb. 

Onlardan biri Xalq artisti Zülfiyyə Xanbabayevadır. Bu barədə layihənin instaqram səhifəsində məlumat verilib. Qeyd edilib ki, sənətçi iyulun 25-də Bakıda səhnəyə çıxacaq. 

Bundan əlavə, sosial şəbəkədə festival təşkilatçılarına bu il Xalq artisti Aygün Kazımovanın iştirak edib-etməyəcəyi barədə sual ünvanlanıb.  Bildirilib ki, məşhur müğənni “Jara-2019”da yer almayacaq. 

 

 

Digər xəbərlər

0.20952606201172