Bakıda sayt rəhbəri narkotik satarkən tutuldu

14:53 02-05-2019 | icon 2878
Bakıda sayt rəhbəri narkotik satarkən tutuldu

Bakıda sayt rəhbəri narkotik satarkən cinayət başında tutulub.

Aprelin 30-dan mayın 1-nə keçən gecə Bakı Şəhər Baş Polis İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Bakupress.az” saytının rəhbəri Şəfəq Ağacan Nərimanov rayonu ərazisində qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ş.Ağacan barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaq təcridxanasına köçürülüb.

Xatırladaq ki, Ş.Ağacan 2016-cı ilin mayında xeyli sayda dərman qəbul edərək intihara cəhd etmişdi. Onun Nicat adlı şəxs tərəfindən şantaj oldunduğu, buna görə də özünü öldürmək istədiyi haqda məlumat yayılmışdı.


Digər xəbərlər

0.27215814590454