DİN sürücünün kimliyini açıqladı - Sərxoş imiş
Bakının Binəqədi rayonu, altıncı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın həyətində sərxoş halda Toyota “Land Cruiser” markalı maşınla həyətdə dayanmış avtomobilləri əzən şəxsin kimliyi məlum olub.
DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Oxu.Az-a bildirib ki, hadisəni törədən həmin binadakı mənzillərin birində kirayədə yaşayan Sənan Kərimov adlı şəxsdir.
Onun sözlərinə görə, həmin avtomobilin sahibi xaricdə yaşayır:
“O, maşının açarlarını qonşusuna etibar edib və həftədə bir neçə dəfə avtomobilin mühərrikinin yatmaması üçün işə salmasını istəyib. Hadisə baş verən gün qonşu maşını işə sala bilməyib. Bu zaman həyətə daxil olan sərxoş Sənan Kərimovdan kömək istəyib.
O, Sənana bildirib ki, maşını işə salıb, bir-iki dövrə vurmaq lazımdır. Sərxoş olan sürücü avtomobili idarə edən zaman binanın həyətindəki ən azı 9 avtomobili əzib”.
DİN rəsmisi qeyd edib ki, Sənan Kərimov saxlanılıb, sərxoşluq ekspertizasından keçirilib:
“Onun ortadərəcəli sərxoş olduğu müəyyənləşib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılır”.
-
Bakıda saxta dollar dövriyyəyə buraxmaq istəyən şəxs saxlanıldı - Fotolar+Video
...
-
O video Bakıda necə çəkilib? - DTX qadınları saxladı
...
-
İrandakı səfirliyimizə hücumun yayımlanmayan görüntüləri - Video
...
-
Rəşad Dağlı özünü təqsirli bilmir
...
-
Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - Video
...
-
“İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracaq”
...
-
“İPhone”a görə saxlanılan millimizin üzvləri ilə bağlı - Qərar
...
-
Rəşad Dağlı daha bir maddə ilə ittiham olunur
...
-
“Mən buranın lotusuyam” dedi, kafedə kütləvi dava düşdü - Video
...
-
“Könül DTX zabiti olduğunu, xüsusi tapşırıqla həbsə salındığını demişdi”
...