Əbülfəs Qarayev də Forumda çıxış etdi

18:41 02-05-2019 | icon 2549
Əbülfəs Qarayev də Forumda çıxış etdi

"Bu forum beynəlxalq dialoq platformasına keçib. BMT- nin baş katibi illik hesabatında bizim forumun önəmini vurğulayıb. Forumu mədəniyyətlərarası dialoqda ən önəmli platforma hesab edir. Bu ənənə davam edir".

Bu fikirləri Mədəniyyət naziri Əbülfəs Qarayev V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusunda keçirilən iclasda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, forum çərçivəsində hər iki ildən bir görüşülür: "Bizim danışdığımız mövzuların müxtəlifliyi artır. Bu da müasir dünyadan olan problemlərin həlli ilə nəticələnir. Biz inanırıq ki, bütün mədəniyyətlər arasında fərq olsa da qlobal xəzinəyə öz töhfəmizi verə bilərik. Müxtəlifliklərin idarə edilməsində müəyyən yeniliklərə nail olmuşuq. Biz eyni zamanda siyasi gərginliklərin aradan qaldırılmasına töhfəmizi verməliyik. Bizim hamımız indiyə qədər olmayan səviyyədə bir- birimizə bağlıyıq. Hamımızın öhdəliyi var ki, müxtəlifliyi idarə edək".

 

 





 

Digər xəbərlər

0.29240989685059