Nazir olimpiadada qalib olan ən gənc məktəbli ilə görüşdü
Təhsil naziri Ceyhun Bayramov 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixində ən gənc qalib olan, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva ilə görüşüb.
Nazir 13 yaşlı qalibi qazandığı uğur münasibəti ilə təbrik edib.
C. Bayramov qeyd edib ki, Bakı məktəblisinin öz adını Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixinə ən gənc qalib kimi yazması ölkəmiz üçün qürurvericidir. Bu münasibətlə olimpiada qalibini bir daha təbrik edən Təhsil naziri onun dərsləri, eləcə də olimpiada hazırlığı ilə maraqlanıb.
Fidan Qarayeva Təhsil nazirinə təşəkkürünü bildirib və gələcək arzularından danışıb. O qeyd edib ki, gələcəkdə də beynəlxalq bilik yarışmalarında ölkəmizi layiqincə təmsil etməyə çalışacaq.
Görüşdə olimpiada qalibinə hədiyyələr təqdim edilib, həmçinin xatirə fotosu çəkilib.
-
Tələbələrin təcrübə keçmə qaydalarında edilən yeniliklərin detalları açıqlanıb
...
-
Məktəblərdə qış tətili başladı
...
-
Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib
...
-
Məktəblilərə 5 gün tətil olacaq
...
-
Gənc müəllimlərin forumu keçirildi - Prezidentə dəstək bəyanatı qəbul olundu
...
-
Emin Əmrullayev rektorlarla görüşdü - Fotolar
...
-
Elm və təhsil nazirinə yeni müavin təyin olunub
...
-
Bu təhsil idarələrinə onlar rəhbərlik edəcək
...
-
Zabuxda məktəb fəaliyyətə başladı - Foto
...
-
Müəllimlərin vəzifə maaşına əlavələr edildi - Foto
...