Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil edib

10:25 03-05-2019 | icon 2493
Heydər Əliyev Fondu Ağdamda konsert proqramı təşkil edib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Ağdamda konsert keçirilib.

Konsertdə xalq mahnıları, muğam ifaları və rəqslər təqdim edilib. Tanınmış müğənnilərlə yanaşı, gənc ifaçılar da tamaşaçılar qarşısında çıxış edib.

Qeyd edək ki, Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Şəkidə, mayın 4-də Gəncədə, mayın 5-də Xaçmazda, mayın 6-da Şamaxıda, mayın 7-də isə Lənkəran və Naxçıvanda konsertlər təşkil olunacaq. 

 





Digər xəbərlər

0.2408230304718