Deputatlar Bakıdakı “seks turizmi”nə etiraz etdilər
Deputat Tahir Kərimli qonşuları ilə birlikdə yaşadığı binadan köçmək məcburiyyətində qaldığını bildirib.
Deputat parlamentdə çıxışı zamanı qeyd edib ki, o, paytaxtın mərkəzi küçələrindən olan Zərifə Əliyeva küçəsində çoxmənzilli yaşayış binalarının birində yaşayır:
“Bildiyiniz kimi, çoxmənzilli təzə binaların aşağı mərtəbələrinin hostel kimi istifadə edilməsinə şərait yaradılıb. Bu isə bir çox hallarda öz mənfi nəticələrini göstərir. Əxlaqsızlıq yuvalarının yaranmasına gətirib çıxarır. Biz qonşularla birgə bezdik və köçmək məcburriyyətində qaldıq. Kimsə özünü qanundan yuxarı göstərir. Belə şeylərə şərait yaradır. Bizim küçə mərkəzi küçədir. Oradan dünyanın hər yerindən gəlib keçən dövlət və hökumət nümayəndələri var. Birdən bu hal kiminsə qabağına çıxar. Ona görə də binaların belə yuvalara çevrilməsinin qarşısı alınmalıdır”.
Deputat Araz Əlizadə də ölkədə “seks turizmi”nin yaranmağa başlamasından təəssüfləndiyini bildirib: “İstəsək də bunu yarada bilməyəcəyik. Biz Filippinə, Taylanda çevrilmək istəyirik?! Binalarla bağlı isə onu deyə bilərəm ki, bu cür hostellər yaradılırsa, onun ayrıca giriş qapısı olmalıdır”.
-
Bu gecə ilk Qədr gecəsidir
...
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
...
-
Aybəniz Aslana TƏBRİK
...
-
Sabahın havası - 17° isti
...
-
Səttar Möhbalıyev: “Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”
...
-
Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabah 21° isti olacaq
...
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
...
-
Sabahın havası açıqlandı
...
-
Sabahdan tətil başa çatır
...