Kəmaləddin Heydərov həmkarı ilə saziş imzaladı - Fotolar
Azərbaycanın Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov mayın 3-də Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhodjiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan nazir Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun fəaliyyəti, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib.
Nazir fövqəladə halların idarə olunması sahəsində hər iki ölkənin uyğun qurumları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin qarşılıqlı əhəmiyyət kəsb etdiyini və bu məqsədlə ekspertlər səviyyəsində səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhodjiç rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verib. O, ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafına toxunaraq, bu çərçivədə fövqəladə hallar üzrə məsul qurumların sıx əməkdaşlıq etməsinin vacibliyindən danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri, o cümlədən birgə təlim və seminarların keçirilməsi, Monteneqro Daxili İşlər Nazirliyinin fövqəladə hallarla mübarizə sahəsində mütəxəssislərinin ixtisas səviyyəsinin artırılması üçün Azərbaycan FHN-in Akademiyasının imkanlarından istifadə və s. barədə geniş fikir mübadiləsi aparılıb.
Sonda “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhodjiç imzalayıblar.
Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi və Əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.
-
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
...
-
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi - Fotolar
...
-
Mehriban Əliyevadan Qələbə Günü paylaşımı - Foto
...
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...