Fərhad Qaraşov Xalq rəssamını döş nişanı ilə təltif etdi - Fotolar
03 may 2019-ci il tarixində ANİİA-nın sədri Fərhad Qaraşovun əmri ilə Azərbaycan Respublikasında təsvirin incəsənətin, heykəltəraşlığın inkişafına və assosiasiyanın fəaliyyətinə göstərdiyi qayğı və diqqətə görə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Həsən oğlu Eldarov "Azərbaycan Narı" döş nişanı ilə təltif edilib.
Bundan əlavə, ANİİA -nın təşkil etdiyi “Mən bu cahanə sığmazam"adlı Nar heykəltəraşlıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi də keçirilib.
Bu məqamda bildirək ki, Ömər Eldarovun rəhbərliyi ilə peşəkar münsiflər heyəti 1 ci yerə “Meyvələrin Şahı” adlı nar heykəlinin müəllifi Vüqar Quliyevi, 2-ci yerə “Birliyin Gücü” adlı nar heykələnin müəllifi Çinarə Baxşıyevanı, 3-cü yerə “Payız Ətri” adlı nar heykəlinin müəllifi Kənan Həsənquliyevi layiq görülüb. Qaliblərə sertifikat və pul mükafatı təqdim olunub.
Xatırladaq ki, xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, “Heydər Əliyev” ordeni laureatı, Azərbaycanın məşhur heykəltəraşı, akademik Ömər Eldarov 21 dekabr 1927-ci il tarixində Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektorudur.
Gələcəkdə ANİİA ilə ADRA arasında nar meyvəsinin təşviqinin artırılması üçün əməkdaşlıq aparılacaq.
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...