“Bakı Marafonu-2019”da “Azercell” sağlam həyat tərzi ideyası ətrafında minlərlə insanla həmrəy olacaq
Ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyət arasında sağlam həyatı təbliğ etmək və minlərlə insanı bu fikir ətrafında cəmləmək məqsədilə mayın 5-də Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edən “Bakı Marafonu-2019” keçiriləcək. “Küləyə qalib gəl” şüarı altında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq bu marafon sayca dördüncüdür. Yalnız vətəndaşlarımızın deyil, əcnəbilərin iştirakçı qismində qatıldığı bu genişmiqyaslı layihə hər il minlərlə insan tərəfindən böyük maraqla qarşılanır.
Yenilikçi təşəbbüslərin, sosial layihələrin həm dəstəkçisi, həm də təşkilatçısı olan “Azercell Telekom” MMC “Bakı Marafonu-2019”un eksklüziv tərəfdaşıdır.
Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də AFFA və SOCAR marafonun dəstəkçiləri qismində çıxış edir. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.
Rəqəmsal eranın tələblərinə uyğun olaraq, builki marafonda bir yenilik tətbiq edilib. Belə ki, iştirakçılar taymkiperlərlə təchiz olunub. Bu xüsusi çip sayəsində iştirakçıların hərəkət istiqamətini izləmək, finiş xəttini ilk keçən şəxsləri dəqiq şəkildə təyin etmək, beləliklə də, yarışda şəffaflığı təmin etmək mümkün olacaq.
Qeyd etmək istərdik ki, müasir dünya cəmiyyətində gündəmdə olan sağlam həyat tərzi və insan həyatının keyfiyyətinin artırılması ideyasının ölkəmizdə də təbliğ edilməsinə öz korporativ sosial məsuliyyət strategiyasında xüsusi diqqət ayıran “Azercell Telekom” MMC hər kəsi bu fəlsəfəni yaşatmağa səsləyir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...
-
Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
...
-
Sabah 30° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...