Azercell-dən yeni tarif paketləri
Ölkənin mobil kommunikasiya sektorunun lideri olan “Azercell Telekom” MMC danışıq və internet istifadəsini daha da əlçatan edən yenilənmiş GəncOl tarif paketini abunəçilərinin istifadəsinə təqdim edir.
Artıq Azercell-in Sim-Sim abunəçiləri yeni həftəlik GəncOl2 və aylıq GəncOl6/GəncOl9 tarif paketlərinin üstünlüklərindən faydalanma fürsətini əldə edirlər. Beləliklə, abunəçilər GəncOl2 tarif paketi çərçivəsində həftədə cəmi 2 AZN ödəməklə 750MB internet və GəncOl abunəçiləri arasında danışıq üçün 75 dəqiqə, GəncOl6 tarif paketi çərçivəsində ayda 6 AZN ödəməklə 3GB həcmində internet paket və GəncOl abunəçiləri arasında danışıq üçün 300 dəqiqə, GəncOl9 tarif paketi çərçivəsində isə ayda 9 AZN-a 6 GB həcmində internet paket və GəncOl abunəçiləri arasında danışıq üçün 600 dəqiqədən yararlana bilərlər. Əlavə olaraq, GəncOl2 və GəncOl6 tariflərinin istifadəçiləri Whatsapp , GəncOl9 abunəçiləri isə Whatsapp, Facebook messenger, Telegram, Viber və hətta Twitter mobil tədbiqləri vasitəsilə ödənişsiz mətn mesajları göndərmək imkanına malikdirlər. GəncOl2, GəncOl6 və ya GəncOl9 tarif paketlərini aktivləşdirmək üçün müvafiq olaraq G2, G6 və ya G9 açar sözlərini 7575 qısa nömrəsinə göndərmək kifayətdir.
Azercell-in yenilənmiş GəncOl tarif paketi ilə sevdiklərinizlə ünsiyyət artıq sizin üçün daha da əlçatandır! Azercell-dən yeni "GəncOl" tarifi ilə xərclərinizə qənaət edərək daha çox ünsiyyət qurmaq və online qalmaq fürsətini əldən verməyin! Əlavə məlumat üçün http://gencol.az/ səhifəsinə daxil olun.
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...
-
“Nar” və NETTY ən yaxşı internet layihələrini mükafatlandıracaq
...