Növbəti İslam Həmrəyliyi Oyunları hansı şəhərdə keçiriləcək?
29-30 aprel və 1 may 2019-cu il tarixlərində Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi
İdman Federasiyasının (İHİF) Əlaqələndirmə Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda Türkiyənin Gənclər və İdman nazirliyinin rəsmiləri, şəhər bələdiyyəsinin başçısı,
Türkiyənin İdman Federasiyalarının prezidentləri və İslam Həmrəyliyi İdman Federasiyasının
Əlaqələndirmə Komissiyasının üzvləri iştirak etmişdir.
İclasda həmyerlimiz İHİF-nın İcraiyyə Komitəsinin üzvü, Əlaqələndirmə Komissiyasının üzvü
və “Qadın və İdman” Komitəsinin rəhbəri - Könül Nurullayeva təmsil olunmmuşdur.
İclas zamanı 5-ci İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq oyunların
keçirilmə tarixi, idman proqramı, oyunların rəsmi loqo və maskotu, web səhifənin buraxılması,
ümumi qaydalar, iştirak haqqı, 2021-ci ilədək qərar veriləcək iş planı və bu kimi məsələlər
müzakirə edilmişdir. Bununla bərabər iclasda Oyunların İstanbul şəhərindən Konya şəhərinə
verilməsi məsələsi müzakirə edilən əsas mövzulardan biri idi.
Bundan əlavə, 31-ci İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasının və
11-ci İHİF-nın Baş Assambleyasının 2019-cu ildə Türkiyədə keçirilməsi haqda qərar qəbul
olunmuşdur.
Eyni zamanda, Könül Nurullayeva 5-ci İslam Həmrəyliyi Oyunları ərəfəsində Türkiyədə “Qadın:
Cəmiyyətin tərkib hissəsi”, “Qadın və İdmanda Həmrəylik konfransı” mövzularında silsilə
tədbirlərin keçirilməsi barədə təklif irəli sürmüşdür.
Nəzərinizə çatdırmaq istərdik ki, Əlaqələndirmə Komissiyasının səfəri zamanı Türkiyə tərəfi
Komissiyanın üzvləri üçün Konya şəhərində idman obyektlərinə baxış təşkil etmişdir.
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...