“Əhalinin vəziyyəti daha da yaxşılaşacaq” - Fotolar
“Əhalinin vəziyyətinin yaxşılaşması üçün verilən son qərarlar əhəmiyyətlidir. Bu proses davam edəcək”.
Bunu YAP sədrinin və Baş Nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Heydər Əliyev irsi və sosial siyasət” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bundan sonra da ciddi addımlar atılacaq: “Bununla da vətəndaşlarımız daha yaxşı yaşayacaqlar. Hər il insanların rifahı daha da yaxşı olacaq. Dövlətin maliyyə imkanları artdıqca əhalinin vəziyyəti yaxşılaşacaq. Azərbaycan vətəndaşı hər yeni il özünü daha da xoşbəxt hiss edir”.
Ə.Əhmədov vurğulayıb ki, Heydər Əliyevin böyük dövlətçilik təcrübəsində sosial məsələlər əhəmiyyətli yer tutub: “Bu gün ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının mənafelərinin nəzərə alınması ümdə vəzifələrdən biri olub. Əhalinin yüksək rifahının təmin edilməsi ön sıralarda olub. Bütün Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini yad edir. Xalqımız onun Azərbaycan dövləti qarşısındakı misilsiz xidmətinə dərin hörmətlə cavab verir. Müstəqil Azərbaycan dövlətinin banisinin xatirəsi daim yaşayır, onun sayəsində daim inkişaf edir, yüksəlir. Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının bariz nümunəsidir. Azərbaycan dövləti üzərinə düşən öhdəliyi daim yüksək səviyyədə yerinə yetirib. İnsanların güzəranının yaxşılaşması İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Çünki nə həyata keçirilirsə bunun başlıca dəyəri insan həyatı ilə bağlıdır. Ardıcıl olaraq bu illər ərzində insanların rifahının yüksək səviyyəyə qaldırılması təmin edilir”.
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...