İstanbulda seçkilər yenidən keçiriləcək - Nəticələr ləğv edildi

08:44 07-05-2019 | icon 3191
İstanbulda seçkilər yenidən keçiriləcək - Nəticələr ləğv edildi

İstanbulda bələdiyyə seçkiləri yenidən keçiriləcək.

Bu barədə qərarı Ali Seçki Komissiyası (YSK) açıqlayıb. YSK İstanbul Böyükşəhər bələdiyyə sədri seçkisinin ləğvinə və yenidən keçirilməsinə qərar verib.

AKP-nin YSK təmsilçisi Tvitter səhifəsində də bu barədə paylaşım edib: “İstanbul seçkiləri yenilənir, xeyirli olsun”.

Seçkilər iyunun 23-də keçiriləcək. 

Qərarın elanından sonra CHP Kamal Kılıçdaroğlunun rəhbərliyi altında təcili toplanıb. 

Qeyd edək ki, martın 31-də keçirilən seçkilərdə CHP namizədi Əkrəm İmamoğlu 48,79% səslə İstanbul bələdiyyəsinin rəhbəri seçilmişdi. Hakim Ədalət və İnkişaf Partiyası isə nəticələrə etirazını bildirmişdi. YSK bu gün keçirilən iclasında AKP-nin etirazını qəbul edərək təkrar seçkilər təyin edib. 


Digər xəbərlər

0.32151794433594