Əli Hüseynov: "Ulu öndər Heydər Əliyev insanların sağlamlığını dövlətin və cəmiyyətin sağlamlığı hesab edirdi"

10:22 10-05-2019 | icon 3074
Əli Hüseynov:

Müasir Azərbaycan dövlətinin qurucusu və banisi, əbədi olaraq ümumxalq sevgisini qazanmış  ulu öndər Heydər Əliyevin anadan olasının 96-cı ildönümü hər il olduğu kimi bu ildə də təntənə ilə qeyd edilir.

Böyük şəxsiyyət, dahi insan Heydər Əliyevin ömrünün hər bir günü və dəqiqəsi dövlətinə, millətinə xidmətlə keçib. Bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində yüksək biliklərə malik olan Heydər Əliyev hələ ilk dəfə hakimiyyətə olarkən, səhiyyə sahəsində də bir çox sahələr kimi maddi-texniki baza çox zəif idi. O zamanlar demək olar ki, ötən əsrin əvvəllərində yaşamış milyonçuların evləri xəstəxana kimi istifadə olunurdu. Bölgələrdə vəziyyət çox acınacaqlı idi. Onun hakimiyyətə gəlişi, səhiyyəyə dair çıxardığı qərarlar və verdiyi tapşırıqlar Azərbaycan səhiyyəsi üçün çox böyük əhəmiyyət kəsb etmişdir.

Bu sözləri saytımıza açıqlamasında YAP Ağsu rayon təşkilatının sədri, Ağsu Mərkəzi xəstəxanasının baş həkim müavini Əli Hüseynov deyib. O. bildirib ki,  o dövrlərdə tikilib istifadəyə verilən Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsi, Yanıq mərkəzləri, Respublika Neyrocərrahiyyə Xəstəxanası kimi vacib profilli xəstəxanalar məhz ümummilli liderin təşəbbüsünün nəticəsidir.

Bütün sahələrdə fenomenal biliklərə malik olan Heydər Əliyev səhiyyənin önəmli və daim aktual sahəsi olan kadr məsələlərinə çox böyük önəm vermişdir. Onun təklif və səyləri nəticəsində Bakıda Həkimlərin ümumittifaq yığıncaqları keçirilirdi və bu münasibətlə də Sovet İttifaqının görkəmli alimləri paytaxt Bakıya gəlirdilər. O zamanlar heç kimin düşünmədiyi lakin səhiyyə sektorunda vacib sahə olan ailə həkimlərinin ilk qurultayı da məhz, bütün dünyada ilk dəfə, yenə də bu dahi insanın təşəbbüsü ilə Bakıda keçirilmişdir. 30 dan artıq tələbənin, gənc alimlərin başqa ölkələrə göndərilməsi məsələsi kadr hazırlığına və təkmilləşməsinə hələ o zamanlarda çox böyük təkan vermişdir. Heydər Əliyevin başladığı bütün işlərin arxasında irimiqyaslı layihələr, böyük zəhmət dururdu və o başladığı bütün işləri sona çatdırırdı.

 Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi yenə də ölkədə maddi və iqtisadi imkanların məhdud olduğu, ölkənin talan olunduğu və hərçi-mərcilik vaxtlarında olmuşdur. Hər bir sahədə mövcud problemlər səhiyyə sahəsində az deyildi. Bununla belə, Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmək mümkün olmuşdur. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Bu işdə ilk növbədə səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində saxlanılırdı. Ümummilli liderin müdrikliyi, uzaqgörənliyi ilə səhiyyədə ən vacib məsələlərdən biri olan yoluxucu xəstəliklərin qarşısının alınması üçün bir çox beynəlxalq qurumlar, müxtəlif fondlar bu işə cəlb edildi və şəxsən özü ilk vaksinasiya işində iştirak etdi.

 Heydər Əliyevin prezidentliyi dövründə səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görüldü. O cümlədən bir sıra tibb müəssisələrində təmir-tikinti işləri aparıldı, bəzi səhiyyə ocaqları yeni avadanlıq və cihazlarla təchiz edildi. O illərdə bu sahədə ən diqqətəlayiq hadisə olan Azərbaycan Tibb Universitetinin yeni korpusunun istifadəyə verilməsi və müasir dünya standartlarına cavab verən Mərkəzi Klinik Xəstəxananın açılışı isə ümummilli liderin Azərbaycan xalqının sağlamlığına göstərdiyi qayğının ən parlaq təcəssümü olmuşdur. Ulu öndərin ölkəmizdə səhiyyə sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində ən mühüm xidmətlərindən biri olan “Özəl tibb fəaliyyəti haqqında ” Azərbaycan Respublikasının Qanunu qəbul edilməsidir. Özəl səhiyyə sisteminin tətbiqi tibb işçilərinin maddi rifah halının yaxşılaşması üçün imkanlar açmışdır. Bu xüsusi mülkiyyətdə olan tibb müəssisələrində 10 min nəfərədək işçi, o cümlədən 2500 həkim və 4000 orta tibb işçisi işlə təmin edilmişdir. Heydər Əliyev üçün ən vacib sahələrdən biri məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olmuşdur. Məhz o illərdə Onkoloji və Oftalmoloji mərkəzlərin binalarının tikintisinə başlanılmışdır.

 Səhiyyəmizin inkişafı yolunda ümummilli liderin xalqının hər bir nümayəndəsinin gələcəyini düşünərək gördüyü işlər öz dəyəri, böyüklüyü ilə əvəzsizdir və bu dahi insan haqında çox danışmaq olar. Onun həyatının hər bir günü bu gün də öyrənilir və bütün bunlar gələcək nəsillərə bir örnəkdir.

 


Digər xəbərlər

0.25404381752014