“Heydər Əliyev Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafının müəllifi və təşkilatçısıdır”

10:17 11-05-2019 | icon 3011
“Heydər Əliyev Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafının müəllifi və təşkilatçısıdır”

Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin inkişafındakı misilsiz fəaliyyəti hələ bundan sonra da öyrəniləcək və hər birimiz üçün parlaq örnək olaraq qalacaqdır. Xalqımız üçün bir təsəllidir ki, Ulu Öndərin siyasi kursunu Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir.

Bu fikirləri saytımıza açıqlamasında Xaçmaz Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimov bildirib.

O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982- ci illərdə çoxlu sayda qovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların sahəsi 1,5 dəfədən çox artmışdır. Görülmüş tədbirlərin nəticəsində 1980-cı ildə 1970-ci ilə nisbətən respublikada kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 2,2 dəfə, taxıl istehsalı 2,1 dəfə, pambıq istehsalı 2,6 dəfə, üzüm istehsalı 4,6 dəfə, tərəvəz və tütün istehsalı 2,3 dəfə, meyvə istehsalı 4,4 dəfə, çay yarpağı istehsalı 2,2 dəfədən çox artmışdır.

1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışı zamanı ölkədə ictimai-siyasi və sosial-iqtisadi durum son dərəcə ağır idi. Ümummilli Liderin hakimiyyətə qayıtdığı ilk günlərdən respublikada sabitliyin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıldı. Meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu.

Meliorasiya və su təsərrüfatı sahəsinə ayrılan investisiya vəsaitinin həcmi 13,2 milyon manatdan 631,9 milyon manata qədər artmışdır. Bunun nəticəsi olaraq ümumilikdə, respublikanın rayonlarında 1481 kilometr suvarma kanallarının, 1036 kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi aparılmış, 722 ədəd subartezian quyuları qazılmış, 126 min hektar sahədə torpaqların su təminatı və 153 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 16 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə verilmişdir.

Hazırda möhtərəm Prezidentimiz İlham Əliyev təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bir çox layihələri uğurla davam etdirilir.

 


Digər xəbərlər

0.26586508750916