Azercell ilə dünyanı daha yaxşı görün

16:36 08-05-2019 | icon 1934
Azercell ilə dünyanı daha yaxşı görün

Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası” Azercell-in dəstəyi ilə fəaliyyətini davam etdirir. Bakıda bir çox internat məktəblərinə, uşaq evlərinə, bölgələrdə məcburi köçkün ailələrinin məskunlaşdığı ərazilərə səfər edən klinika növbəti ödənişsiz göz müayinələrini Şirvan şəhər İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzində təşkil edib. Səfər çərçivəsində 30 uşaq müayinədən keçib.

Şirkətin mətbuat xidmətindən daxil olan məlumata görə, klinikanın növbəti səfəri Qaradağ rayonuna təşkil edilib. Səfər zamanı Ümid qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrinin uşaqları klinikanın həkimləri tərəfindən müayinə olunub. 39 uşaq müayinədən keçib, onlara lazımi müalicələr təyin edilib, eynəklər paylanılıb. Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri “Azercell Telekom” MMC-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Təşkil olunan müayinələrdən uşaqlarla yanaşı aztəminatlı ailələr, məcburi köçkünlər və ahıllar da yararlanır.

Ölkənin telekommunikasiya sahəsinin lideri Azercell sosial təşəbbüsləri və layihələri dəstəkləyən bir şirkət olaraq tanınır. Vurğulamaq istərdik ki, fəaliyyəti boyunca şirkət sosial layihələrə 19 milyon ABŞ dolları dəyərində sərmayə yatırıb.

 

 

Digər xəbərlər

0.45110201835632