Xəzərdə gəmidə partlayış olub - Yaralılar var +Rəsmi açıqlama
Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış baş verib.
Partlayış nəticəsində 10-dan çox yaralı var. Yaralılardan 3-nün vəziyyəti ağırdır.
İlkin məlumata görə, zərərçəkənlər sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.
***
Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev hadisə barədə “Qafqazinfo” ya açıqlama verib. O, İsrafil Hüseynov boru düzən gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdar olduqlarını açıqlayıb: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda “Saipem” şirkətinə icarəyə vermişik. Qəza baş verən ərazidə həmin şirkətin nümayəndələri çalışırlar. Bütün məlumatları, o cümlədən işçilərin xəsarət alıb-almaması ilə bağlı informasiyanı həmin şirkətdən ala bilərsiniz".
***
Qeyd edək ki, vəziyyəti ağır olanlardan ikisi azərbaycanlı, biri malayziyalıdır.
-
Arzu təzə, əməl təzə, il təzə
...
-
Milli ruhumuzu əks etdirən bayram
...
-
Novruz ənənələri mənəvi həyatımızın bütün çalarlarını ehtiva edir
...
-
Bəşəriyyətin mənəvi dəyəri
...
-
Qlobal Bakı Forumu nüfuzlu quruma çevrilib və çox vacibdir
...
-
Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır
...
-
Biz müxtəlif ölkələri bir araya gənirməyi bacarırıq
...
-
Fransanın mövqeyi dünya ictimaiyyətinin mövqeyinə tamamilə ziddir
...
-
Haqq-ədalət yerini tapanda
...
-
Qarabağ Azərbaycandır!
...