Leyla Əliyeva Bakı Kitab Mərkəzində - Fotolar
Mayın 8-də Bakı Kitab Mərkəzində “Yolum keçir Qarabağdan” adlı rəsm sərgisi açılıb və eyniadlı kataloqun təqdimat mərasimi keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mərasimi Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq bildirib ki, sərgi Azərbaycanın dilbər guşələrindən olan Şuşanın işğalının 27-ci ildönümünə təsadüf edir.
G.Rzayeva qeyd edib ki, Kitab Mərkəzi ilə “My Way” Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin müştərək layihəsi olan “Yolum keçir Qarabağdan” adlı sərgidə 40-a yaxın əsər nümayiş etdirilir. Buradakı rəsmlər yaşı 12-18 arasında olan gənc rəssamlar tərəfindən çəkilib. Bu gənclər ABŞ vətəndaşlarıdır və onlardan heç biri Qarabağda olmayıb.
Yaradıcılıq Mərkəzi qeyri-kommersiya təşkilatının təsisçisi və direktoru Alyona Bədəlova layihə barədə məlumat verib. Bildirib ki, təmsil etdiyi təşkilat Nyu-Yorkda beş ildir fəaliyyət göstərir və incəsənət, rəqs, musiqi, idman və mədəni irsin öyrənilməsi vasitəsilə icmaları bir araya gətirir. Təşkilatda çalışan uşaqlar ABŞ vətəndaşlarıdır. Artıq dördüncü sərgidir ki, keçiririk.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Azərbaycanın mədəniyyət beşiyi Şuşanın işğal gününə təsadüf edən və Qarabağ mövzusuna həsr olunan sərgi barədə fikirlərini bölüşüblər.
-
Maskalar açıldı, qalib bəlli oldu - Video
...
-
Heydər Əliyev Mərkəzində Kojo Marfonun sərgisi açılacaq
...
-
“Qadınım” tamaşasına 2 prizmadan baxış
...
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
...