Təhsil Nazirliyindən popkorn satan gəncə - Təklif
Təhsil Nazirliyi “Azneft meydanı” yaxınlığındakı keçiddə popkorn satan yeniyetmə ilə bağlı hərəkətə keçib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov həmin gəncə peşə məktəbində təhsil almaq imkanı təklif ediləcəyini açıqlayıb:
“Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq. Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.
Əmək Məcəlləsi 15 yaşından sonra işləmək hüququ verir.
İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək”.
Xatırladaq ki, millət vəkili Rasim Musabəyov sosial şəbəkədə keçiddə popkorn satan gəncin fotosunu paylaşaraq satıcının icazəsiz işləməsinə, vergi ödəməməsinə diqqət çəkməyə çalışaraq məmurları bununla bağlı tədbir görməyə çağırmışdı. Deputat bu statusuna görə tənqid hədəfi olmuşdu.
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...