Nizamidə faşizm üzərində Qələbənin 74 illiyi qeyd edildi - Fotolar
Keşlə qəsəbəsində yerləşən 1941-1945-ci illərdə həlak olanların Xatirə memorial kompleksi önündə faşizm üzərində Qələbənin 74 illiyi ilə əlaqədar tədbir keçirilib.
“Şahin” hərbi idman oyunlarının qalibi olan məktəblilərin təntənəli keçidindən sonra tədbir iştirakçıları və qonaqlar İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılan memorial kompleksinin önünə gül dəstələri qoyublar.
Tədbirdə müharibə iştirakçıları və veteranları ilə görüşən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov müharibə iştirakçıları və veteranlarını İkinci Dünya müharibəsində faşizm üzərində qazanılmış qələbənin 74 illiyi münasibətilə təbrik edərək, Azərbaycan xalqının müharibə illərində göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlardan söz açıb. 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsini qeyd edən A.Qasımov bu müharibədə yüz minlərlə azərbaycanlının canından keçərək, müharibə tarixinə parlaq səhifələr yazdıqlarını, döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərdiklərini söyləyib. Ulu öndər Heydər Əliyevin veteranların sosial qayğılarının daim diqqət mərkəzində saxladığını bildirərək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu yolu davam etdirdiyini, Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.
A.Qasımov hər il ölkədə İkinci Dünya müharibəsində həlak olmuş insanların xatirəsinin ehtiramla yad edildiyini və onların qəhrəmanlıqlarının heç vaxt unudulmayacağını bildirib.
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...