Alpinistlərin adı əbədiləşdirildi - Foto
Tufandağ zirvəsinə yürüş edərkən itkin düşən alpinistlər Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin adı həmin ərazidə əbədiləşdirilib.
Bu haqda mərhum alpinist B. Hüseynovun qohumu aparıcı Cəlalə Nəzəroğlu sosial şəbəkədə məlumat yayıb. Aparıcı qeyd edib ki, hər üç alpinistin adı qeyd edilən lövhə Mahmuddərə ərazisində qayaya vurulub. Lövhədə “Gələnlər keçdi getdi, torpaq qaldı, daş qaldı” sözləri də yazılıb.
Qeyd edək ki, Tufandağ istiqamətində yürüşə çıxmış alpinistlər 2017-ci ilin dekabr ayında itkin düşmüşdü, 2018-ci il mayın 18-də isə meyitləri tapılaraq ailələrinə təhvil verilmişdi. Babur Hüseynov Astaranın Giləkəran kənd qəbiristanlığında, Fəridə Cəbrayılzadə Masallı rayonunu Şərəfə kənd qəbiristanlığında, Namin Bünyatzadə isə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib.
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...
-
Şimşək çaxacaq, dolu düşəcək
...
-
Nəcəf Novruzov barədə böhtan yazanların nəzərinə
...
-
Azərbaycanda media azadlığı təmin edilir
...