Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

10:04 10-05-2019 | icon 3947
Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Bu gün Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri (IJF) və Azərbaycan Cüdo Federasiyasının (ACF) kollektivi Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil və gül qoyublar. 

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. 


Xatırladaq ki, mayın 10-da Heydər Əliyev adına İdman Sarayında “Böyük Dəbilqə” beynəlxalq turnirinə start verilib. 
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mötəbər cüdo turnirinə mayın 12-də yekun vurulacaq.(report)


Digər xəbərlər

0.24621105194092