“Arsenal” Bakıya Mxitaryansız gələ bilər
Avropa Liqasının finalına yüksələn “Arsenal” Bakıda “Çelsi” ilə keçiriləcək həlledici oyun öncəsi erməni futbolçusu Henrix Mxitaryanın viza problemi ilə üzləşib.
UEFA bu məsələdə London klubuna dəstək göstərir. Xəbərdə qeyd edilib ki, “Arsenal” bu oyuna Mxitaryansız çıxa bilər.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyun üçün Bakıya gətirilməyən futbolçunun bu görüşdə də meydana çıxmayacağı gözlənilir. Mxitaryanın Bakıya gətirilməsi üçün Azərbaycan hökuməti ilə danışıqlar aparılmalıdır. Yalnız Azərbaycan tərəfi icazə verdikdən sonra futbolçu Bakıya səfər edə bilər. Ancaq “Arsenal” buna görə danışıqlara getmək istəmir. Çünki London klubu futbolçunun təhlükəsizliyini nəzərə alır.
Henrix Mxitaryan 2015-ci ildə Almaniyanın Dortmund “Borussiya”sı ilə Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə Bakıda keçirilən oyunu üçün səfər etməmişdi. Ötən il isə “Arsenal” 30 yaşlı yarımmüdafiəçini “Qarabağ”la Avropa Liqasının qrup mərhələsində keçirilən oyunda Azərbaycana gətirməmişdi.
-
AFFA-nın sabahkı Konfransının gündəliyi açıqlandı
...
-
Azərbaycan futbolunda tarixi ay
...
-
Zaur Qəhrəmanov istefa verdi
...
-
Nazirlər güləşçilərlə görüşdü - Fotolar
...
-
Firdovsi Umudov Xüsusi Konqresdə iştirak etdi - Fotolar
...
-
"Qarabağ" çempionluğunu rəsmiləşdirdi
...
-
“Qarabağ” çempionluq matçına çıxır
...
-
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
...
-
“Qarabağ” sabah çempion ola bilər
...
-
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub
...