Lənkəranda Heydər Əliyevin doğum günü qeyd olunub - Foto
Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli dövlət və siyasi xadim Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Lənkəranda silsilə tədbirlərlə qeyd olunub.
Bu münasibətlə mayın 10-da səhər saatlarından H. Əliyevin adını daşıyan xatirə parkında minlərlə lənkəranlının iştirakı ilə ümumrayon tədbiri keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edərək önünə gül dəstələri düzməklə dahi rəhbərə hörmət və ehtiramını bildirib. Sonra rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, səhiyyə, təhsil və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivlərinin üzvləri, tələbələr, gənclər abidə kompleksinin önünə gül-çiçək dəstələri düzüb dahi rəhbərə məhəbbətlərini ifadə ediblər.
Ümumxalq ziyarətindən sonra İcra başçısı T.Qaraşov və tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən rəsm sərgisi ilə tanış olublar.
Daha sonra Mərkəzdə Heydər Əliyevin doğum gününə həsr olunmuş toplantı keçirilib və fəaliyyətindən bəhs edən sənədli filmə baxış keçirilib.
Ümumrayon tədbiri Heydər Əliyev Mərkəzinin qarşısında gənclərin iştirakı ilə Ümummilli Liderin imzasını əks etdirən flaşmobun nümayişi və onun anadan olmasının 96-cı ildönümü ilə bağlı rayon məktəbliləri arasında keçirilmiş inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə başa çatıb.
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...