Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünə yekun vurulacaq - AFİŞA

09:52 11-05-2019 | icon 2756
Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünə yekun vurulacaq - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünə yekun vurulacaq. 

Sonuncu - XXVIII turun qarşılaşlamaları eyni gündə təşklil olunacaq. 4 oyunun hər biri formal xarakter daşıyacaq.

“Qarabağ”ın qızıl, “Neftçi”nin gümüş, “Səbail”in bürünc medal qazandığı mövsümdə, "Keşlə”nin də sonuncu pilləni tutaraq I diviziona düşməsi öncəki turda bəlli olub.

Turun açılış matçında avrokuboklara vəsiqəni təmin edən "Səbail" "Keşlə"ni qəbul edəcək. Digər iki oyun isə eyni saatda start götürəcək. "Sumqayıt" "Qəbələ" ilə, "Sabah" isə "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu qarşılaşmalardan sonra 5-7-ci yerləri tutan komandalar bəlli olacaq.

XXVIII turun və mövsümün son oyunu çempion "Qarabağ"la gümüş medalın sahibi "Neftçi" ilə arasında olacaq. Bu matç bombardirlik yarışanda mübarizə aparan Baqali Dabo və Mahir Mədətov üçün önəmlidir. Görüşdə kimin mükafata sahib olacağı müəyyənləşəcək. Qarşılaşmadan sonra isə 2018-2019 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

Azərbaycan Premyer Liqası, XXVIII tur 

11 may (şənbə)

15:00. “Səbail” – “Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“ASCO Arena” (“CBC Sport”/canlı)

16:00. “Sabah” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Asif Əliyev

“Əlincə Arena”

16:00. “Sumqayıt” – “Qəbələ” 

Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Kapital Bank Arena”

18:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Bakcell Arena”, (“CBC Sport”/canlı)


Digər xəbərlər

0.29365181922913