Nicat Şıxəlizadə: "Əsas odur ki, medalsız qalmadım"
"Final görüşündə qələbə qazanmaq barədə düşünürdüm. Bu idmançını 2-3 dəfə məğlub etmişəm. İndi də qalib olmaq istəyirdim. Yarış da vətənimdə keçirilir. Sadəcə olaraq, cüzi səhvə görə uduzdum. Buna üzülürəm. Əsas odur ki, finala yüksəldim və medalsız qalmadım".
Bu fikirləri jurnalistlərə açıqlamasında Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən Böyük Dəbilqə turnirində gümüş medal qazanan Nicat Şıxəlizadə söyləyib.
66 kq çəki dərəcəsində yarışan idmançı bildirib ki, qarşıdakı əsas hədəfi II Avropa Oyunlarında uğur qazanmaqdır. 30 yaşlı cüdoçu Belarusun paytaxtı Minskdəki yarışda ölkəni layiqincə təmsil etmək istədiyini deyib.
Şıxəlizadə komanda yoldaşlarının bu gün medal qazana bilməməsinə də toxunub: "Bu gün çıxış edən bəzi idmançılardan da medal gözləyirdik. Bunların əksəriyyəti gəncdir. Bu da böyük bir yarışdır. Özlərini sınamalı idilər. Ümid edirəm ki, qarşıdakı yarışlarda yaxşı çıxış edərlər. Turnir "Tokio-2020"yə lisenziya reytinq xalları verir. Qarşıdakı yarışlarda da xal yığıb, olimpiadada iştirak etmək istəyirəm".
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...
-
“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”
...
-
Azərbaycan yığmasının AÇ-dəki rəqibləri bəlli oldu
...