Volqoqradda Heydər Əliyevin xatirəsi anıldı - Foto
Rusiyanın Volqoqrad şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə “Volqoqrad-Bakı: Dostluq Parkı”nda Heydər Əliyev Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Azərbaycan Gənclərinin Rusiya Birliyinin Volqoqrad şəhər təşkilatının sədri Dunya Əhədova, Volqoqrad vilayəti qubernatorunun müavini Roman Berkov, Kazaçestvo və millətlərin işlər komitəsinin sədri Leonid Titov, general Vladislav Safonov, Volqoqrad şəhərində yaşayan xalqların və millətlərin icma rəhbərləri və Volqoqrad şəhər sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Gənclərinin Rusiya Birliyinin Volqoqrad şəhər təşkilatının sədri Dunya Əhədova Volqoqrad şəhərində Heydər Əliyevin anadan olmasının qeyd edilməsinin ənənə halı aldığını bildirərək, Azərbaycan- Rusiya dostluğu, ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın bugünkü fəaliyyətlərini xüsusi vurğulayıb.
Emil Abbasov Azərbaycanın müstəqilliyinin əldə olunmasında ulu öndərin misilsiz fəaliyyəti və Rusiya-Azərbaycan dostluğu haqqında söhbət açaraq qeyd etdi ki, Heydər Əliyev xalqlar arasındakı dostluq və sevginin nümunəsidir. Volqoqradla Azərbaycan arasında dostluğun möhkəmlənməsində ulu öndərin mühüm xidmətləri var.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzüb, dünya şöhrətli siyasətçinin xatirəsinə ehtiramlarını bildiriblər. Konsert proqramı ilə davam edən bayram tədbiri atəşfəşanlıqla başa çatıb.
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...
-
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
...
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Video
...