Azərbaycan Premyer Liqasında mövsümün yekunlarına əsasən mükafatlandırma mərasimi təşkil olunub

20:38 11-05-2019 | icon 5807
Azərbaycan Premyer Liqasında mövsümün yekunlarına əsasən mükafatlandırma mərasimi təşkil olunub

Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün yekunlarına əsasən, mükafatlandırma mərasimi təşkil olunub.

Tədbir XXVIII turun "Neftçi" - "Qarabağ" matçı yekunlaşdıqdan sonra "Bakcell Arena"da keçirilib.

Əvvəlcə "Səbail"ə bürünc, sonra isə "Neftçi"yə gümüş medallar verilib. Sonda səhnəyə "Qarabağ" dəvət olunub. Klub qızıl medallarını aldıqdan sonra Rəşad Sadıqov çempionluq kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.


Digər xəbərlər

0.26247191429138