Hidayət Heydərov: "Tatamidə heç kimə jest etmirəm"

20:39 11-05-2019 | icon 2540
Hidayət Heydərov:

"Qalib olduğum üçün sevinirəm. Bu, belə yarışda ilk qızıl medalımdır. Bunu da Bakıda qazandım".

Bu fikirləri jurnalistlərə açıqlamasında Bakıdakı "Böyük Dəbilqə" turnirində qızıl medal qazanan cüdoçu Hidayət Heydərov deyib.

73 kq çəki dərəcəsində yarışan idmançı finalda israilli Tohar Butbulu ilə görüşdə özünə inandığını bildirib: "Rəqib də yorulmuşdu. Mən isə qalib gəldim".

Heydərov yarımfinal mərhələsində Rüstəm Orucla üz-üzə gəldiyi duel barədə də danışıb:

"İkimiz də azərbaycanlıyıq. Kənarda dost və qardaşıq. Yarışda isə rəqibik. Rüstəm öz idmançılarımıza qarşı yaxşı güləşə bilmir. Bir-birimizi yaxşı tanıyırıq. Mən onu daha yaxşı tanıdığım üçün bir az üstünəm. Tatamidə heç kimə jest etmirəm".

Eyni çəki dərəcəsində bürünc medal qazanan Rüstəm Orucov isə çempion olmaq üçün hazırlaşdığını deyib:

"Alınmadı. Yarımfinalda öz idmançımıza məğlub oldum. O da çempion oldu. Öz idmançılarımızla güləşə bilmirəm. Onları döyə bilmirəm (gülür)".

Orucov ardıcıl bir neçə dəfə yarımfinallarda uduzduğunu xatırladıb. Cüdoçu çəkisini dəyişmək barədə düşünmədiyini bildirib: "Əsas məqsədim Avropa Oyunlarında qalib olmaqdır".

Bürünc medal qazanan digər cüdoçu Telman Vəliyev isə hisslərini sözlə ifadə edə bilmədiyini söyləyib: "Bu hissləri yaşamaq üçün qələbə qazanmaq lazımdır. Əsas odur ki, medal qazana bildim".


Digər xəbərlər

0.27520394325256