Sadıq Sadıqov: "Bu uğuru gözləyirdim"
"Bu uğuru gözləyirdim. 73 kq çəki dərəcəsi bizim üçün ən sevimlilərdən biridir. İdmançılarımız da yaxşıdır. Bu çəkidə heç vaxt problemimiz olmayıb. 5 il, 10 il bundan öncə də belə idi. Uşaqlar bir daha öz sözlərini dedilər. Bu gün Hidayət Heydərov qızıl, Rüstəm Orucov və Telman Vəliyev bürünc medal qazandı. Cüdoçularımız əzmkarlıq göstərdilər".
Bu fikirləri "Azeripress.az"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov deyib.
O, Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük Dəbilqə" turnirində sabah da idmançılardan medal gözlədiyini söyləyib:
"İnanıram ki, yaxşı nəticələr əldə edəcəyik. Vəliyevin medal qazanması mənim üçün böyük sürprizdir. Düşünürəm ki, gələcəyi düzgün qurmuşuq. Vəliyev gənc cüdoçudur və gələcəyi irəlidədir. 73 kq-da heç vaxt problemimiz olmayıb. Həmin çəkidə Rüfət Məmmədov da pis güləşmədi. Finala vəsiqə qazanan İsrail təmsilçisinə uduzdu".
Sadıqov 73 kq çəki dərəcəsində yarımfinalda üz-üzə gələn Hidayət Heydərov və Rüstəm Orucovun çıxışı barədə də danışıb: Federasiya rəsmisi bildirib ki, idmançıların çəkisini dəyişməsi çox ağır məsələdir:
"Bu tam olaraq onların öz öhdəsinə verilir. Biz idmançını məcbur edib çəkisini dəyişdirə bilmərik. Bu onun ixtiyarında olan məsələdir. Rüstəm Orucov və Hidayət Heydərov başqa çəkidə güləşə bilərlər. Amma bu onların öz qərarlarıdır. Hər zaman Hidayətə Rüstəmin güləşi alınmayıb. Heydərov cavan və çılğın idmançıdır. Onun da gələcəyi qabaqdadır və yaşı çox deyil. Tatamidə olduğu kimi danışığı da çılğındır. Onların duelində Heydərov hər zaman üstün olub".
Vitse-prezident Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına da hazırlığın davam etdiyini deyib. "Yay Olimpiya Oyunlarına kimi dincəlmək yoxdur. Bütün plan məşqçilər tərəfindən hazırlanıb. Bizim hazırlığımız Avropa, dünya və ən əsası olimpiadaya köklənib".
Sadıqov son olaraq 73 kq çəki dərəsində olimpiada üçün hər bir idmançıya inandığını bildirib. "Kimin şansı çox olacaqsa o da "Tokio-2020"ə gedəcək".
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...