Yelkənli Qayıq Yarışının qalibləri müəyyənləşib

12:27 12-05-2019 | icon 2783
Yelkənli Qayıq Yarışının qalibləri müəyyənləşib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”) keçirilib.

 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF/SFA) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə 9 may tarixində Bakı buxtasında start verilən Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2019”) bu gün yekunlaşıb.

Ümumilikdə 30 yelkənçinin iştirak etdiyi yarışda idmançılar “Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial” sinifləri üzrə mübarizə aparıblar.

Final günü bütün yarış iştirakçıları “iştirakçı diplomları” ilə təltif olunublar. “Baku Sailing Regatta-2019”-un qaliblərini Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Nəzrəddin Əhmədzadə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Cəbrayıl Mahmudlu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov təltif ediblər.

Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də yüksək nəaliyyətlərin əldə olunduğu vurğuladı. 

“Baku Sailing Regatta-2019”- un qaliblərinin siyahısı:

Optimist sinifi:

1. Murad Hacı – Zadə (YİF)

2. Ayla Babayeva (YİF)

3. Kristina Kərimova (YİF)

4. Fidan Ağazadə (YİF)

5. Timur Sikaçevski (YİF)

6. Murad İsmayılov (YİF)

7. Səxavət Əzimov (YİF)

8. İsmayıl Həmidov (YİF)

9. Bahadır Məmmədli (YİF)

10. Ülviyyə Əhmədova (Xəzər klubu)

11. Nikita Protasov (Xəzər klubu)

12. Kamilla Haqverdiyeva (YİF)

13. Emil Əzizli (YİF)

Optimis sinifi (Qızlar)

1. Ayla Babayeva (YİF)

2. Kristina Kərimova (YİF)

3. Fidan Ağazadə (YİF)

Laser 4.7 sinifi

1. İsmayil Kərimov (YİF)

2. Murad Allahverdi (YİF)

3. Fəqan Məmmədzadə (YİF)

4. Rahim Abdullayev (Xəzər klubu)

5. Coşqun Məmmədli (Xəzər klubu)

Laser Radial sinifi

1. Cavid Kərimov (YİF)

2. Vaqif Qasımov (Xəzər klubu)

3. Rauf Abdullayev (Xəzər klubu)

Laser Standart sinifi

1. Mixail Aleksandroviç Protasov (Xəzər klubu)

2. Nikita Vilayev (Dənizçi klubu)

3. Roman Fərruxov (Xəzər klubu)

4. Elçin İsmayılov (Dənizçi klubu)

 




Digər xəbərlər

0.26180696487427