Leyla Əliyeva olimpiada qalibləri ilə görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində beynəlxalq olimpiadalarda yüksək nailiyyətlər əldə etmiş və medallar qazanmış şagirdlərlə görüşüb.
Təhsil naziri Ceyhun Bayramov Leyla Əliyevaya liseyin fəaliyyəti, görüşdə Bakıdan və digər bölgələrdən iştirak edən şagirdlər barədə məlumat verib.
Bildirilib ki, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi ölkənin bütün bölgələrindən istedadlı şagirdləri bu təhsil ocağına imtahan yolu ilə qəbul edir. Hazırda burada 559 şagird təhsil alır. Onlardan 135-i qız, qalanları isə oğlandır. Müxtəlif bölgələrdən olan 100-dən çox şagird liseyin yataqxanasında yaşayır.
Nazir qeyd edib ki, bu lisey ölkədə beynəlxalq olimpiadalara hazırlıq üzrə üç mərkəzdən biridir. Nazir həmçinin 2018-2019–cu tədris ilində şagirdlərimizin 1-i qızıl, 10-u gümüş, 12-si bürünc olmaqla 23 medal qazandığını diqqətə çatdırıb. Nazir onu da əlavə edib ki, bu il avqustun 4-dən 11-dək Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şagirdlərin nailiyyətləri ilə maraqlanıb, onlarla söhbət edib. Sonra Leyla Əliyeva şagirdlərə Heydər Əliyev Fondunun hədiyyələrini təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.
-
UNEC Zaqatala filialında Azərbaycan Respublikasının müstəqilliyi günü ilə əlaqədar dəyirmi masa keçirilib
...
-
Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin direktoru Ceyhun Cahangirov təltif olunub - FOTO
...
-
Mətin Kərimliyə yüksək vəzifə verildi
...
-
Astarada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsil Festivalı keçirilib
...
-
İmtahan sualları bu bunkerdə hazırlanırmış... - Video
...
-
UNEC Zaqatala filialında ümummilli Lider Heydər Əliyevin yüz illik yubileyi ilə əlaqədar rayon məktəblilərinin bilik yarışması keçirilib
...
-
Emin Əmrullayev Londonda forumda iştirak edir
...
-
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin görmək istədiyi universitet” mövzusunda Respublika Elmi-praktiki konfrans keçirilib
...
-
UNEC Zaqatala filialı "Heydər Əliyevin İKT siyasəti müasir mərhələdə" mövzusunda tədbir keçirib
...
-
Elm və təhsil naziri Qusar Olimpiya İdman Kompleksini ziyarət edib
...