Kərim özünü öldürmək istəyir - “Damarlarımı doğrayacam”
Müğənni Kərim Abasov özünü öldürmək istəyir.
Bununla bağlı sosial şəbəkədə yazan Kərim atasının ölümündən bir neçə gün sonra səhnəyə çıxdığı üçün onu tənqid edənlərə xəbərdarlıq edib:
"Xahiş edirəm, mənim hissslərimlə oynamayın. And olsun Allaha, balamın canına özümə qəsd edəcəyəm. Hər gün dərman içib əsəblərimi sakitləşdirməkdən bezdim. Tab gətirə bilmirəm. Əl çəkin məndən. Bilməzdim ki, atamı məndən çox istəyənlər var imiş. Atamın ölüsünü şoulaşdırıb yazanlar, özümə qəsd etsəm, altından çıxa biləcəksiniz?
Əl çəkin, həyatımı, dərdimi yaşayım. Ağlamaqdan gözlərim göynəyir. Kor olacağam axırda. Sənətim qazanc yerimdir. Balamın, ailəmin, hüzura gələn qonaqların qabağına mən çıxmalıyam. Dilənçi deyiləm ki, məclisə gələn qonaqlardan pul yığım. Adım, sanım var. Ona görə də mən işə çıxıb pul qazanmalıyam. Kimsə gəlib qapımı döyüb mənə 10 manat vermir. Baxın görün mən nə çəkirəm. Əl çəkin məndən. Qurana and olsun damarlarımı doğrayacam, axırıncı xəbərdarlığımdır".
Qeyd edək ki, müğənninin atası mayın 6-da dünyasını dəyişib.
-
Ozan Akbaba bu serialda azərbaycanlı iş adamını oynayacaq
...
-
İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu
...
-
Əbülfəs Qarayev xanımı ilə tamaşada - Foto
...
-
DTX-də Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib - Fotolar
...
-
Bu gün Şuşada “Yasəmən” açılacaq - Fotolar
...
-
Bakıda Zəfər Günü münasibəti ilə konsert proqramı və atəşfəşanlıq olacaq
...
-
Musiqili Teatrda Zəfər Gününə həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş olunacaq
...
-
İki qardaş ölkənin teatrları arasında memorandum imzalanıb
...
-
Özbək aktyorları tamaşaçılarımızın qəlbini fəth etdi - FOTOLAR
...
-
Onların Eşq Nümunəsi
...