Azərbaycan təhsilinin növbəti uğuru - Foto
Avropa Azərbaycan Məktəbinin XI sinif Beynəlxalq Bakalaviriat Diplom Proqramını bitirən 25 şagirdin hamısı nüfuzlu beynəlxalq universitetlərə qəbul olunması bərədə təkliflər alıblar.
Bu universitetlər sırasında “King’s College” (Böyük Britaniya), “University of Bristol” (Böyük Britaniya), “Science PO” (Fransa), “Maastricht University” və “Leiden University” (Hollandiya), “Edinburgh University” (Böyük Britaniya), “Washington and Jefferson University” (ABŞ), “Utrecht University” və “Erasmus University” (Hollandiya), “Toronto University” (Kanada), “Sabanci University” (Türkiyə), “KU Luven University” (Belçika), “Warwick University” (Böyük Britaniya), “BI Norwegian School” (Norveç), “York University-Finance” (Kanada), “University of New Hampshire” (ABŞ), “Quinnipiac University” (ABŞ), “Bocconi University” (İtaliya), “University of British Columbia” (Kanada), “University of Aberdeen” (Böyük Britaniya), “Glasgow University” (Böyük Britaniya), “Aaolto University” (Finlandiya), “Corvinus University of Budapest” (Macarıstan), “University of Colorado”(ABŞ), “University of Minnesota Computer Science” (ABŞ) kimi təhsil ocaqlarının adlarını qeyd etmək olar.
Şagirdlər universitetlərdən ümumilikdə yüz əlli min ABŞ dolları məbləğində təqaüd təklifləri də alıblar. Belə ki, “Washington and Jefferson Universiteti”ndən 27000 dollar, “Jacobs Universiteti”ndən 16500 avro, “Wagner College-Economics”dən 25000 dollar, “University of New Hampshire”dən 15000 dollar, “Quinnipiac Universiteti”ndən 28000 dollar, “University of Aberdeen” (Environmental science) 19300 ingilis funtu həcmində təqaüd təklifi alan şagirdlər son seçim mərhələsində onlara daha uyğun universiteti seçəcəklər.
Qeyd etmək lazımdır ki, xaricdə təhsil alacaq şagirdlərə kömək etmək məqsədilə orta məktəbdə beynəlxalq universitetlər üzrə məsləhətçi də fəaliyyət göstərir. Bir sıra universitetlər məktəbdə təqdimatlar keçiriblər. Universitetlər üzrə axtarış, sənədləşmə, məsləhət və yönləndirmə kimi xidmətlər təhsil prosesinin ayrılmaz hissəsi olaraq şagirdlərə göstərilir. Eyni zamanda bu sahadə də valideynlərlə sıx əməkdaşlıq edilir.
Avropa Azərbaycan Məktəbi 2011-ci ildə təsis edilmiş özəl ümumi təhsil məktəbidir. Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir və beynəlxalq proqramlar təklif edir.
-
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub
...
-
Təhsil İnstitutunun direktor səlahiyyətləri ona həvalə edildi
...
-
ASAPES və MGİMO ikili diplom magistr proqramı tələbələri ilə görüş keçirilib
...
-
Emin Əmrullayevdən Füzulidə Bilik Günü təbriki - Video
...
-
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - Fotolar
...
-
Bu gün Azərbaycanda Bilik Günüdür
...
-
Yeni rektorlar kimlərdir?
...
-
Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı
...
-
Bakıdakı təhsil işçilərinin sentyabr konfransı keçirilir
...
-
Boş qalan yerlərə ixtisas seçimi başlayır
...