Azercell yeni korporativ təkliflərini açıqlayır
Azercell korporativ müştərilərinin istifadəsinə “Biznesim” - yeni nəsil tarif planları və rəqəmsal xidmətlərini təqdim edir.
Şirkətin mətbuat xidmətindən daxil olan məlumata görə, yeni tarif paket abunəçilərə daha da geniş 4G sürətli internet imkanları, limitsiz şirkətdaxili zənglər və yeni Rəqəmsal Xidmətlər portfelindən yararlanmaq fürsəti ilə öncəki tarif paketlərdən xüsusilə fərqlənir. Rabitə xərclərinə nəzarət etmək, onları öncədən təyin etmək və azaltmağa kömək edəcək yeni tarif paketlər ilə əməkdaşlarınız arasında əlaqəni məkandan asılı olmayaraq təmin edə biləcəksiniz.
Əlavə olaraq, Azercell-in yeni Tarif paketlərini aktiv edən korporativ müştərilər yeni Rəqəmsal Xidmətlər portfelindən istifadə etmə imkanı əldə edirlər. Bura Domain qeydiyyatı, Web səhifələrin yaradılması, Toplu Sms, Profilli sms və sair xidmətlər aiddir.
“Müştərilərə və insanlara biznesin mərkəzi kimi yanaşmağın zəruriliyinə fokuslanmaq bizim hədəf olaraq təyin etdiyimiz və yeni məzmunlu məhsullar portfelimizə daxil etdiyimiz əsas xüsusiyyətlərdir. Biz Azərbaycanda fəaliyyət göstərən şirkətlərin seçimi olmaq, yeni nəsil
həllərin təqbiq edilməsi və fərdiləşdirilmiş xidmətlə təmin edilməsi yolu ilə onların Rəqəmsal Transformasiya prosesini idarə etməyi hədəfləyirik”, deyə Azercell-in Korporativ Seqment Biznes strukturunun departament rəhbəri Giorgos Chatzis bildirib.
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...