Binəqədidə birinci rübün yekunlarıyla bağlı yığıncaq keçirilib - Foto

17:13 13-05-2019 | icon 122
Binəqədidə birinci rübün yekunlarıyla bağlı yığıncaq keçirilib - Foto
loading...

Mayın 11-də Binəqədi rayonunda 2019-cu ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunanan hesabat yığıncağı keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Prezidentin Administrasiyasının Ərazi-təşkilati məsələlər şöbəsi müdirinin müavini Niyaz Əliyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Elxan Allahverdiyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb. O, bu ilin ilk üç ayı ərzində rayonununun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən də danışıb. 

Daha sonra hesabat yığıncağında İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyininin Tibbi İddialar Departamentinin rəhbəri Vüqar Qurbanov, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov, Binəqədi Rayonu 11 saylı vəkillər bürosunun müdiri Azər Quliyev, Niyaz Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq çıxışlara yekun vurublar.

Sonra Şura iclasının qərar layihəsi oxunub.

Elxan Allahverdiyev qarşıda duran vəzifələrdən danışaraq, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib. 

İclasın sonunda fərqlənən bir qrup şəxs Fəxri Fərmanla təltif edilib.

 

 

Digər xəbərlər

0.39934015274048