İlham Əliyevlə Paşinyan Brüsseldə qısa görüş keçirə bilər
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş Naziri Nikol Paşinyanla Brüsseldə qısa görüş keçirə bilər.
Bunu jurnalistlərə açıqlamasında “Şərq tərəfdaşlığı” proqramının 10 illiyi münasibəti ilə keçirilən tədbirdə mətbuat katibi Vladimir Karapetyan deyib.
V. Karapetyan qeyd edib ki, İ. Əliyevlə bu haqda razılığa gəlinməsə də, yaxın günlərdə “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan 6 ölkə liderinin çıxış edəcəyi tədbirin keçirilməsi gözlənilir.
“Əminəm ki, hər iki lider arasında da ünsiyyət olacaq, amma hansı qaydada, deyə bilmərəm” – Karapetyan bildirib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə bu ilin 29 mart tarixində Vyana şəhərində görüşmüşdü. Bu, İ. Əliyevlə N. Paşinyan arasında ilk rəsmi danışıqlar idi.
-
Yeni Baş nazir kim olacaq? - Bu gün iclasdır
...
-
Mehriban Əliyevadan atasına yubiley təbriki
...
-
Prezident Arif Paşayevi təbrik etdi
...
-
İlham Əliyevin andiçmə mərasimindəki çıxışının - Tam mətni
...
-
İlham Əliyevin andiçmə mərasimindən - Video
...
-
İlham Əliyev xanımı ilə Şəhidlər xiyabanında
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər
...
-
Nazirlər Kabineti bu gün istefa verəcək
...
-
İlham Əliyev and içir
...
-
İlham Əliyev 3 gün ərzində and içəcək
...