“Məni tənqid edənlər nankor insanlardır” - Elton Məmmədov
“Prorektor vəzifəsinə təyin olunduğuma görə, məni tənqid edənlər nankor və kor insanlardır”. Bu sözləri Unikal.org-a Milli Məclisin sabiq deputatı Elton Məmmədov deyib.
E.Məmmədov Azərbaycan Texniki Universitetinə prorektor təyin olunmasından sonra sosial şəbəkələrdə və təhsil ekspertlərinin onu tənqid etməsinə belə münasibət sərgiləyib:
“Hazırkı məqsədim xalqın təhsilinə, eliminə və ölkədə gedən bütün təhsil strategiyasına dəstək verməkdir. Zaman göstərəcək ki, bu təhsil ocağına hansı yeniliklər gətirəcəm. Ölkə rəhbərinin təhsil strategiyasına uyğun planlarım var. Hesab edirəm ki, Azərbaycan Texniki Universitetində bu planlarımı gerçəkləşdirəcəm.
Mənim prorektor təyin olunmağımı tənqid edən təhsil ekspertlərini də tanımıram. Elə insanları da heç vaxt qəbul etmirəm. Tənqidlərinə də mənfi yanaşıram. Onlar hər zaman dövlətçilik təfəkküründən uzaq, cəmiyyəti çaşbaş salan insanlardır. Belə adamlar ümumiyyətlə cəmiyyətdə inkişafı, yaxşılığı görməyən insanlardır. Onlar nankor və kor insanlardır”.
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...