Əliqismət Lalayev MDB - nin XIV Humanitar forumunda
May ayının 14-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının "Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq" mövzusunda XIV forumu işə başlayıb.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev də dünən Türkmənistan Respublikasına yola düşən Azərbaycan ziyalılarından ibarət 11 nəfərlik nümayəndə heyətinin tərkibinə daxildir.
Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Moldova və Ermənistandan 200-dək nümayəndənin iştirak etdiyi Forum çərçivəsində keçiriləcək plenar və bölmə iclaslarında elm, təhsil və mədəniyyət xadimləri MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, təhsil sahəsində yeni əməkdaşlıq məsələləri, gənclərlə iş üzrə innovasiyalar və mədəniyyətlərarası dialoqun formalaşması barədə fikir mübadiləsi aparacaqlar.
Forum öz işini mayın 17-də MDB-də keçirilən Kitab İli ilə əlaqədar yeni nəşrlər və kitab mübadiləsi, "Humanitar sahədə Avrasiya əməkdaşlığı" təşəbbüsü problemlərinin müzakirəsi, həmçinin, MDB-nin əsas dövlətlərarası mükafatı - "Birlik ulduzları"nın təqdimat mərasimi ilə başa vuracaq.
-
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video
...
-
Müharibə mənim üçün daim aktual mövzudu - MÜSAHİBƏ
...
-
Biz vətən üçün yararsız deyilik
...
-
Müsəlman ölkələrində “Şuşa günləri” keçiriləcək
...
-
Yaşa ölçülməməli ömür sürməliydilər - AÇIQLAMA
...
-
Son mogikan haqqında dedilər...
...
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aygün Bəylərin vida mərasiminə əklil göndərib
...
-
Dövlət Turizm Agentliyi: Tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir
...
-
Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib - Fotolar
...
-
Yalçın Adıgözəlov Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri təyin olunub
...