Mehriban Əliyeva Stadnikin bütün əməliyyat xərcini çəkdi

18:44 14-05-2019 | icon 3106
Mehriban Əliyeva Stadnikin bütün əməliyyat xərcini çəkdi

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Güləş Federasiyasında mükafatlandırma olub. 

Federasiyanın rəhbəri Namiq Əliyev ötən ay Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatından medalla qayıtmış yunan-Roma və sərbəst güləş millimizin üzvləri və məşqçilər heyətini mükafatlandırıb.

Onların hər birinə pul mükafatı təqdim olunub. Daha sonra Namiq Əliyev çıxış edib. O bildirib ki, dövlətimiz hər zaman güləşçilərin arxasındadır:

“Dövlət hər zaman güləşçilərimizin beynəlxalq arenada uğur qazanması üçün əlindən gələn dəstəyi əsirgəmir. Bildiyiniz kimi, qadın güləşində liderimiz Mariya Stadnik zədəli olduğu üçün Avropa çempionatına gedə bilmədi.

Amma dövlətimizin I vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva onun əməliyyatı üçün nə lazımdırsa, etdi. Onun əməliyyatının bütün xərclərini öz üzərinə götürdü. Hazırda Stadnik qaydasındadır və sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək.

 


Digər xəbərlər

0.36778998374939