Prezident Belçikadakı səfirliyin yeni binasının açılışında - Fotolar
Prezidenti İlham Əliyev mayın 14-də Brüsseldə ölkəmizin Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib.
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və binanın dizayneri, Belçikanın tanınmış memarı Filip Vanhereveqe dövlət başçısına görülən işlər barədə məlumat veriblər.
Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycanın Belçika Krallığındakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, fasadı isə yenilənib. Bina Avropa təsisatlarına çox yaxın məsafədə, Parmentier parkının yaxınlığında, çoxsaylı diplomatik missiyaların yerləşdiyi prospektdədir.
Azərbaycan Prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısı binada yaradılan şəraitlə tanış olub.
Mayın 14-də prezident İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb.
-
Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğanı təbrik edib
...
-
Abdullah Gül İlham Əliyevi təbrik etdi
...
-
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi oldu
...
-
COP29-un Təşkilat Komitəsinin tərkibi genişləndirilib
...
-
Prezident yeni universitetdən danışdı
...
-
Mehriban Əliyeva Əminə Ərdoğanla görüşdü
...
-
Dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdi - Video
...
-
Azərbaycan-Türkiyə sənədləri imzalandı - Video
...
-
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Fotolar
...
-
Prezidentlərin təkbətək görüşü oldu - Fotolar
...