Leyla Əliyeva Çinin XİN başçısının müavini ilə görüşüb
Mayın 14-də Çində səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekində bu ölkənin Xarici İşlər nazirinin müavini Lı Yunçen ilə görüşüb.
Lı Yunçen iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Çinin Azərbaycan ilə əməkdaşlığının daha da dərinləşməsi üçün səylərini davam etdirəcəyini bildirib. O, Azərbaycanın mədəni irsi ilə seçilən ölkə olduğunu vurğulayaraq, son dövrlər Çində Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini qeyd edib.
Nazir müavini Pekində keçirilən "Asiya sivilizasiyalar dialoqu" konfransında və konfrans çərçivəsində təşkil olunan tədbirlərdə Azərbaycanın fəal iştirakını məmnunluqla vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinin xalqlarımızın hələ tarixi İpək Yolu dövründən təməli qoyulan dostluq münasibətlərini daha da inkişaf etdirdiyini deyib.
Ötən ay Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Pekində 2-ci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakını yada salan Leyla Əliyeva diqqətə çatdırıb ki, ölkəmiz Çinin bu təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, bu layihə çərçivəsində iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığı dərinləşdirməyə çalışır.
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...