Anar AYB-nin binasındakı gecə klubu haqda - “Mənlik deyil, Çingizlikdir”
Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” - “Twenty six” adlı kafenin yerində “Hot Room Club” adlı gecə klubu fəaliyyətə başlayıb.
Unikal.org məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyininin sədri Anar Rzayevlə əlaqə saxlayıb. Anar Rzayev məsələdən xəbərdar olmadığını və bu işlə bağlı AYB-nin katibi, yazıçı Çingiz Abdullayevlə əlaqə saxlamağı tövsiyyə edib. O, qeyd edib ki, sözügedən obyekti Çingiz Abdullayev icarəyə verib.
Çingiz Abdullayev isə açıqlamasında faktı dolayı yolla təsdiqləyib, eyni zamanda gecə klubunda striptiz şouların nümayiş etdirilməsi ilə bağlı xəbərləri şərh edib:
“Mən bilirəm orada oynayanlar var. Amma obyektdə striptiz şounun nümayiş etdirilməsindən xəbərsizəm. Əgər həqiqətən də belə bir fakt olarsa, biz icarə müqaviləsinə xitam verəcəyik. Baxmayaraq ki, müqavilənin bitməsinə 4 ay vaxt qalıb”.
Xatırladaq ki, bundan əvvəl burada “26” - “Twenty six” adlı kafe fəaliyyət göstərirdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.
-
“Yeddi oğul istərəm” filminin aktyorları 54 ildən sonra bir arada - Video
...
-
Sumqayıtda mərhum rejissor Rövşən Almuradlının 70 illik yubileyi qeyd edildi - FOTOLAR
...
-
Cavanşir Məmmədov vəfat etdi
...
-
Qorqudun Avroviziya 2024 mahnısının təqdimatı keçirildi - VİDEO
...
-
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır
...
-
Azərbaycanın səslərini Aysel açıqlayacaq
...
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...