“Qarabağ münaqişəsi ilə bağlı müsbət impulslar var” - Amerikalı səfir

20:10 15-05-2019 | icon 3260
“Qarabağ münaqişəsi ilə bağlı müsbət impulslar var” - Amerikalı səfir

“Ermənistan və Azərbaycan hökumətləri arasında əlaqələr prosesi ruhlandırıcıdır”.

Bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi deyib: “Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin yüksəksəviyyəli görüşü nəticəsində təmas xəttində sakitçiliyin və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət impulsların şahidi oluruq”.

Treysi Paşinyanla Əliyevin ATƏT-in Minsk qrupu formatında görüşlərinin olub-olmayacağı barədə hər hansı məlumata malik olmadığını bildirib.


Digər xəbərlər

0.27519512176514